IMG-LOGO

Üç ölkə Şimali Koreyanın raket sınağını BMT TŞ-nin qətnamələrinin pozulması kimi dəyərləndirib

04 Jan 2026 17:43 7 baxış
IMG

ABŞ, Cənubi Koreya və Yaponiya hesab edir ki, Koreya Xalq Demokratik Respublikasında (KXDR) bazar günü həyata keçirilən ballistik raket buraxılışları BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur, regionda və bütün beynəlxalq ictimaiyyətdə sülhə və təhlükəsizliyə təhdid yaradır.

"Report"un məlumatına görə, bu barədə üç ölkənin xarici siyasət qurumlarının yüksək vəzifəli nümayəndələri telefon danışıqlarının yekununda açıqlama veriblər.

"Üç ölkənin nümayəndələri bu cür təxribatçı hərəkətlərin dayandırılmasını tələb etdilər", – Yaponiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.

Xəbər lenti