IMG-LOGO

"SpaceX" "Starlink" internet peyklərindən ibarət onlarla qrupu orbitə çıxarıb

04 Jan 2026 15:13 6 baxış
IMG

"Falcon 9" daşıyıcı raketi bazar günü 29 mini peykin növbəti partiyasını uğurla orbitə çıxararaq "Starlink" sisteminin qlobal internet şəbəkəsini genişləndirib.

"Report"un məlumatına görə, bu barədə "SpaceX" açıqlama yayıb.

"29 "Starlink" peykinin orbitə çıxışı təsdiqlənib", – deyə məlumatda qeyd olunub.

Raket ABŞ Kosmik Qüvvələrinin Floridadakı Kanaveral burnunda yerləşən 40-cı start kompleksindən Şərq sahili vaxtı ilə saat 01:48-də (Bakı vaxtı ilə 10:48) buraxılıb. Təxminən bir saat sonra peyklər daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə daxil olub.

Floridadan həyata keçirilən buraxılış çərçivəsində raketin ilk çoxistifadəli pilləsi ayrıldıqdan sonra Atlantik okeanında "Just Read the Instructions" adlı dəniz platformasına idarəolunan şaquli eniş edib.

Gələcəkdə "SpaceX" 12 min (sonradan isə 34 min) kosmik aparatlıq orbital qruplaşma yaratmağı planlaşdırır. Bu, Yer sakinlərinə planetin istənilən nöqtəsində genişzolaqlı internetə çıxış imkanı verəcək. Layihənin həyata keçirilməsi üçün ümumi investisiya həcmi 10 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Xəbər lenti