İsveçrə hakimiyyəti 9 yanvar tarixini Kran-Montana kurortundakı barda baş verən və 40 nəfərin həyatına son qoyan yanğından sonra milli matəm günü elan etməyi planlaşdırır.
"Report"un məlumatına görə, bu barədə konfederasiya prezidenti Gi Parmelin "Tages-Anzeiger" qəzetinə müsahibəsində bildirib.
"9 yanvar tarixində federal hakimiyyət İsveçrə kilsələri ilə birlikdə milli matəm günü keçirməyi planlaşdırır", – deyə o vurğulayıb.
Prezident həmin gün nəzərdə tutulan xatirə mərasimində iştirak etməyi də planlaşdırır.
"Milli həmrəyliyin başqa bir nişanəsi olaraq saat 14:00-da Kran-Montanadakı matəm mərasiminin başlanğıcında bütün İsveçrə kilsələrində zənglər çalınacaq. Bundan əlavə, həmin vaxt ölkə üzrə bir dəqiqəlik sükut elan ediləcək", – Parmelin əlavə edib.