IMG-LOGO

ASK: "Sahibkarlıq subyektlərinin 99,6 %-i KOB-lardır"

12.01.2024 12:10 69 baxış
IMG

Azərbaycanda sahibkarlıq subyektlərinin 99,6 %-i mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektləridir.

"Report" xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən "Dövlət-Sahibkar Tərəfdaşlığı:Dayanıqlı İqtisadiyyatın Əsası" mövzusunda tədbirdə bildirib.

"Lisenziyaların və icazələrin alınması sahibkarlıq fəaliyyəti üçün əsas şərtlərdəndir: "Bu prosesi sadələşdirmək üçün İqtisadiyyat Nazirliyi dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla, sahibkarlara lisenziyaların "ASAN xidmət" mərkəzləri və "KOB evləri" vasitəsilə verilməsini davam etdirir. Həmçinin, lisenziya və icazələr elektron qaydada "Lisenziyalar və icazələr" portalı vasitəsilə verilir. Müasir dövrün qlobal çağırışlarının nəzərə alındığı iqtisadi islahatlar paketinə uyğun olaraq, sahibkarlıq sahəsində yoxlamalar 2025-ci ilə qədər dayandırılıb, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 86-ya endirilib, lisenziyanın verilməsinə görə dövlət rüsumları 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziyanın verilməsi prosedurları sadələşdirilib, "Lisenziyalar və icazələr" portalı yaradılıb və hazırda 23 fəaliyyət növü üzrə elektron lisenziyaların verilməsi həyata keçirilir", - deyə o qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti