IMG-LOGO

Venesuelanın Ali Məhkəməsi vitse-prezidenti ölkənin müvəqqəti rəhbəri təyin edib

04 Jan 2026 08:05 5 baxış
IMG

Venesuela Ali Məhkəməsi vitse-prezident Delsi Rodrigesi dövlət başçısı vəzifəsini müvəqqəti icra edən təyin edib.

"Report"un məlumatına görə, bu barədə yerli "Venezolana de Television" telekanalında hakim Tania Damelio bildirib.

Onun sözlərinə görə, Venesuela Ali Məhkəməsi ölkənin icraçı vitse-prezidenti Delsi Rodrigesə Venesuela Konstitusiyasına və qanunlarına ciddi şəkildə uyğun olaraq dərhal respublika prezidentinin səlahiyyətlərini yerinə yetirməyi tapşırıb.

Hakim izah edib ki, bu qərar Ali Məhkəmənin Konstitusiya Palatası tərəfindən 2026-cı il yanvarın 3-də baş vermiş xarici hərbi təcavüz və Venesuelanın konstitusiya prezidenti Nikolas Maduronun oğurlanması ilə əlaqədar verilib.

Xəbər lenti