IMG-LOGO

Maduro Nyu-Yorka gətirilib

04 Jan 2026 06:34 7 baxış
IMG

Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorka gətirilib.

"Report"un məlumatına görə, Venesuela liderinin Narkotiklərlə Mübarizə İdarəsinin Nyu-York ofisində görüntüləri Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

Yayımlanan videoda Maduronun agentlərin nəzarəti altında dəhlizdə əlləri qandallı şəkildə getdiyi görünür.

Bu görüntülər Venesuela Prezidentinin Nyu-Yorka gəlişinin ilk rəsmi sübutudur.

"NBC News"un məlumatına görə, Maduro yanvarın 5-də Nyu-Yorkda məhkəmə qarşısına çıxarıla bilər.

Xəbər lenti