Böyük Britaniya və Fransa Suriyada İŞİD-in yeraltı silah anbarlarına hava zərbələri endirib.
"Report"un məlumatına görə, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Kəşfiyyat Palmiranın şimalında yeraltı obyekt aşkar edib. Əməliyyatda Paveway IV idarə olunan bombalardan istifadə edən RAF Typhoon FGR4 döyüş təyyarələri iştirak edib.
İlkin əlamətlər hədəfin uğurlu vurulmasına işarə edir.
Departamentin mətbuat xidməti əlavə edib ki, zərbədən mülki şəxslər üçün təhlükə əlamətləri yoxdur və Britaniyanın bütün təyyarələri toxunulmazdır.