Müstəqil Beynəlxalq Fakt Araşdırma Missiyasının Venesueladakı ekspertləri ABŞ hakimiyyətinin Bolivar respublikasını idarə etmək planları ilə bağlı bəyanatlarından ciddi narahat olduqlarını bildiriblər.
"Report"un xəbərinə görə, bu barədə BMT-nin mətbuat xidmətinin ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi ilə bağlı yaydığı məlumatda deyilib.
Qeyd olunub ki, missiya, ABŞ hökumətinin Venesuela hakimiyyətinin fövqəladə vəziyyət elan etdiyi bir vaxtda ölkəni yaxın gələcəkdə idarə etmək niyyətində olduğu iddiası da daxil olmaqla, qeyri-sabitliyin artması fonunda yaxın günlərdə və həftələrdə daha ciddi insan hüquqları pozuntuları riskindən dərin narahatdır.
Missiyanın ekspertlərindən birinin fikrincə, Maduro hökuməti tərəfindən iddia edilən insan haqları pozuntuları "ABŞ-nin beynəlxalq hüququ pozan hərbi müdaxiləsinə haqq qazandırmır".
Missiya 2019-cu ildə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən yaradılıb. Onun ekspertləri 2014-cü ildən bəri respublikada baş verən insan hüquqları pozuntularını qiymətləndirirlər.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp mətbuat konfransında deyib ki, ABŞ Venesuelanı "hakimiyyətin nizamlı keçidi" mümkün olana qədər "idarə edəcək".