IMG-LOGO

Qətər Venesuela ətrafında vəziyyətin həllinə yardım etməyə hazırdır

04 Jan 2026 01:41 8 baxış
IMG

Qətər Venesueladakı hadisələrdən dərindən narahatdır və vəziyyətin dinc yolla həllinə yönələn səylərə yardım etməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsində yerləşdirilən bəyanatında bildirilib.

"Qətər dövləti Venesueladakı cari hadisələrlə bağlı dərin narahatlığını ifadə edir və bu baxımdan təmkinliyə, gərginliyin azaldılmasına və bütün məsələlərin dialoq vasitəsilə həllinə sadiq qalmağa çağırır", - sənəddə qeyd edilib.

"Biz bütün maraqlı tərəflərlə açıq əlaqə kanallarını qorumağa sadiq olduğumuzu təsdiqləyirik", - Qətər XİN-dən vurğulanıb.

Xəbər lenti