IMG-LOGO

ABŞ Kuba hakimiyyətinə qarşı hərbi əməliyyatlar keçirməyəcək

04 Jan 2026 00:03 8 baxış
IMG

ABŞ Kuba hakimiyyətinə qarşı hərbi əməliyyatlar keçirmək niyyətində deyil.

"Report" xəbər verir ki, bu barədə "New York Post" qəzetinə müsahibəsində Amerika lideri Donald Tramp bildirib.

"Xeyr, çünki Kuba hakimiyyəti özü çökəcək. Kubanın işləri pis gedir", - o, Kuba ərazisində güc tətbiq etmək niyyətində olub-olmadığı ilə bağlı suala cavabında söyləyib.

Tramp əlavə edib ki, Havana iqtisadi dəstək və enerji resurslarının tədarükündə Karakasdan güclü şəkildə asılı idi.

Xəbər lenti