IMG-LOGO

Zelenski təhlükəsizlik zəmanətləri ilə bağlı Ukraynanın şərtlərini açıqlayıb

03 Jan 2026 22:39 8 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsinə təhlükəsizlik zəmanətləri ən azı Fransa və Böyük Britaniya hərbi qüvvələrinin Ukraynada fiziki iştirakını nəzərdə tutmalıdır.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, o, bu barədə Kiyevdə jurnalistlərə açıqlamasında deyib.

"Hələ "sülh" paketinə daxil olmalı təhlükəsizlik zəmanətləri haqqında sazişin yekun mətni yoxdur. Ona görə də tərəfdaşların Ukraynada hərbi iştirakına aid olanlar da daxil olmaqla, vacib detallar hələ razılaşdırılmayıb. Lakin qeyd etdiyim bu elementlər zəruridir. Şübhəsiz, bizim üçün təhlükəsizlik zəmanətində hərbi iştirak vacibdir, şübhəsiz ki, hamı buna hazır deyil. Amma iştirak vacib faktorlardan biridir və hətta "istəklilər koalisiyası"nın özünün mövcudluğu onların iştirakını aktivləşdirməyə hazır olub-olmamalarından asılıdır"- deyə Zelenski vurğulayıb.

Zelenski ABŞ-nin Venesuelada prezident Nikolos Maduraya qarşı keçirdiyi əməliyyata da münasibət bildirib. Ukrayna lideri müvafiq sualı lakonik cavablandırıb: "Məncə, ABŞ bundan sonra nə etmək lazım olduğunu bilir".

Xəbər lenti