IMG-LOGO

Ukrayna Prezidenti Trampın komandası ilə Parisdə görüşəcək

03 Jan 2026 23:01 8 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 6-da ABŞ Prezidenti Donald Trampın komandası ilə görüşəcək.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Zelenski bu barədə Kiyevdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, görüş Fransanın paytaxtı Paris şəhərində baş tutacaq.

Ukrayna Prezidenti bildirib ki, ABŞ tərəfindən danışıqlarda iştirak edəcək şəxslərin adları hələ məlum deyil.

Xəbər lenti