Venesuela prezidenti Nikolas Maduronun tutulması və ölkədən çıxarılması əməliyyatı bir neçə ay çəkib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn mətbuat konfransında bildirib.
"Əməliyyat aylarca davam edən hazırlığın kulminasiyası oldu. Bu, yalnız ABŞ hərbçilərinin həyata keçirə biləcəyi bir əməliyyat idi", - general deyib.
Onun sözlərinə görə, əməliyyatda 150-dən çox uçuş aparatı iştirak edib. Keyn qeyd edib ki, belə fəaliyyət üçün birləşmiş qüvvələrin maksimum dəqiqliyi və inteqrasiyası tələb olunub.
"Biz vəziyyəti izləyirdik, gözləyirdik, hazırlaşırdıq, səbirli və peşəkar qalırdıq", - general deyib.
O, əməliyyata hazırlıqları təsvir edərək qeyd edib ki, ABŞ kəşfiyyat orqanları aylardır Maduronun yerini müəyyənləşdirmək və onun necə hərəkət etdiyini, harada yaşadığını, hara getdiyini, nə yediyini, nə geyindiyini anlamaq üçün çalışıb.