IMG-LOGO

Aviadaşımalara qlobal tələbat son iki ilin maksimumuna çatıb

11.01.2024 22:08 73 baxış
IMG

Aviadaşımalara qlobal tələbat 2023-cü ilin noyabr ayında 2022-ci ilin analoji dövrü ilə müqayisədə 8,3 % artıb ki, bu da 2021-ci ilin dekabrından bəri ən sürətli artım tempidir.

Bu barədə “Report” “S&P Global Commodity Insights”a istinadən xəbər verir.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) pandemiyadan sonra təyyarə yanacağına tələbatın artdığını qeyd edir.

IATA-nın məlumatına görə, artım Yaxın Şərq və Asiyanı əhatə edən marşrutlar hesabına baş verib. İllik artım 2022-ci ilin noyabrındakı aşağı baza nöqtədən hesablansa da, yük ton-kilometrində ölçülən tələb artımı ardıcıl dördüncü ayda yaxşılaşma göstərib.

Noyabrda yük aviadaşımalarının həcmi pandemiyadan əvvəlki səviyyədən cəmi 2,5 % aşağı olub.

Yük daşımaları sərnişin reysləri ilə müqayisədə ümumi aviayanacaq tələbatına, adətən, daha az töhfə versə də, sahə analitikləri bu seqmenti diqqətlə izləyirlər, çünki bu, qlobal iqtisadiyyatın sağlamlığının mühüm göstəricisi olaraq qalır, özü də məlumatlar iqtisadi tənəzzülün yavaşladığını göstərir.

Aviasiya yanacağına tələbatın 2024-cü ildə bərpa olunmağa davam edəcəyi, lakin artım tempinin son iki il ərzində müşahidə olunan maksimumlarla müqayisədə yavaşlayacağı gözlənilir. “S&P Global Commodity Insights” analitikləri “Global Oil Products Scorecard” hesabatında bildiriblər ki, qlobal turizm pandemiyadan sonra hələ bərpa olunduğundan Asiyada aviasiya yanacağı/kerosinə tələbat artımı 2024-cü ildə gündəlik 264 min barelə, 2025-ci ildə isə 212 min barelə enəcək. “2025-ci ildə regionda tələbat 2019-cu il səviyyəsinin 96 %-ni təşkil edəcək”, - analitiklər hesab edir.

IATA-nın məlumatına görə, beynəlxalq aviadaşımalara tələbat son bir il ərzində 8,1 % artıb və bütün əsas ticarət istiqamətlərinə yayılıb. Beynəlxalq yük daşımaları seqmenti hava ilə yük daşımaları bazarının təqribən 87 %-ni təşkil edir. Yaxın Şərq-Avropa ticarət marşrutu noyabr ayında illik müqayisədə 23,5 % artaraq bütün əsas ticarət yolları arasında ən çox artım qeydə alınan marşrut olub.

Asiya ilə əlaqəli ticarət yolları da noyabr ayında dayanıqlı olub: Afrika-Asiya bazarı illik müqayisədə ən yüksək artım göstərib - 13 %. Bu bazarı ay ərzində müvafiq olaraq 12 %8,7 % böyüyən Yaxın Şərq-Asiya və Avropa-Asiya bazarları izləyib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti