IMG-LOGO

EBRD ötən il 13 milyard avrodan çox investisiya yatırıb

11.01.2024 17:05 71 baxış
IMG

2023-cü ildə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 464 layihəyə 13,1 milyard avro investisiya yatırıb.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Məlumata görə, bank investisiyaların 80 %-ni və yaxud 10 milyard avrodan çoxunu özəl sektora yönəldib ki, bu da rekord göstəricidir.

Bundan başqa, investisiyalarının 50 %-i və yaxud 6,5 milyard avrosu "yaşıl iqtisadiyyat"a yatırıb. Genderlə bağlı layihələrin investisiya portfelindəki payı isə 44 % təşkil edib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti