IMG-LOGO

Trampın bacısı öldü

14.11.2023 01:11 129 baxış
IMG

ABŞ-nin keçmiş prezidenti Donald Trampın böyük bacısı, təqaüddə olan hakim Marianne Tramp-Barri 86 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Tramp-Barri bazar ertəsi səhər tezdən Nyu-Yorkun Upper East Side kvartalındakı evində dünyasını dəyişib.

Ölümün səbəbi dəqiqləşdirilməyib.

Tramp-Barri 1983-cü ildə prezident Ronald Reyqan (1981-1989) tərəfindən Nyu-Cersi ştatı üzrə Birləşmiş Ştatların Dairə Məhkəməsinə təyin edilib.

Daha sonra o, ABŞ-ın Üçüncü Dairə Apellyasiya Məhkəməsində bir neçə vəzifə tutdu. 2019-cu ildə, The New York Times-a görə, o, Trump cütlüyünün vergi təcrübələri ilə bağlı proseslərin hazırlanması fonunda istefa verdi.

Xəbər lenti