2023-cü ildə Çində neft və təbii qaz hasilatı 390 milyon ton neft ekvivalentini keçərək rekord həddə çatıb.
“Report” xəbər verir ki, bu barədə Çinin Dövlət Energetika Administrasiyasının (NEA) açıqlamasında deyilir.
Neft hasilatı son bir ildə 3 milyon tondan çox artaraq 208 milyon tona çatıb. Bu, dənizdə hasilatın əhəmiyyətli dərəcədə - 62 milyon tona qədər artması ilə əlaqədar olub.
Şist neft hasilatı 4 milyon tonu keçərək tarixi maksimuma çatıb.
Qaz hasilatı isə 230 milyard kubmetr təşkil edib. Beləliklə, illik hasilatın artım tempi yeddinci aydır 10 milyard kubmetr təşkil edib.
Bizim Telegram kanalımıza abunə olun