Şirvanda neft quyusunda qaz püskürüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə dünən saat 20:38-də “Şirvan OİL Company LTD” şirkətinin 1 saylı neft-qazçıxarma məntəqəsində baş verib.
Belə ki, 715 saylı neft quyusunda suqarışıq qaz fontan vurub.
Məlumat daxil olan kimi hadisə yerinə FHN-in Şirvan yanğından mühafizə hissəsinə məxsus 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
Qaz fontanının yanğına keçməməsi üçün lazımi tədbirlər görülür.
Qeyd edək ki, hadisə yerinə mütəxəssislərin gəlişi gözlənilir.
Bizim WhatsApp kanalımıza abunə olun