ABŞ-nin keçmiş prezidenti Cimmi Karterin həyat yoldaşı Rozalin Karter 96 yaşında öz evində vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə ABŞ-dəki Karter Mərkəzi saytında məlumat yayılıb.
Mərkəzin saytındakı nekroloqda qeyd olunur ki, Rozalin qadın hüquqları uğrunda fəal mübarizə aparır və vətəndaşların psixi sağlamlığının səviyyəsini yaxşılaşdırmaq üçün tədbirlər görürdü. Rozalin və Cimmi Karter 77 il evli olublar. Onların dörd övladı olub.
Cimmi Karter ölümündən sonra dedi: "Rozalin mənim bacardığım hər şeydə mənim bərabər tərəfdaşım olub".
Cimmi Karter ABŞ-nin ən uzunömürlü prezidenti olub.
Onun indi 99 yaşı var.
Cimmi Karter 1977-ci ildə ABŞ-nin 39-cu prezidenti olub və dörd il bu vəzifədə qalıb.
2002-ci ildə o, "beynəlxalq münaqişələrin sülh yolu ilə həlli yollarını tapmaq, demokratiya və insan haqlarını inkişaf etdirmək, iqtisadi və sosial inkişafı stimullaşdırmaq üçün yorulmaz səylərinə" görə Nobel Sülh Mükafatını alıb.