Türkiyənin Manisa şəhərində ana və qızı öldürülüb.
Lent.az NTV-ə istinadən xəbər verir ki, qonşuları ana və 18 yaşlı qızının meyitini liftdə aşkarlayıblar.
Əvvəlcə onların boğulduqları ehtimal olunub.
Daha sonra məlum olub ki, ana və qızı qonşusu tərəfindən qətlə yetirilib.
Hadisəni törədən şəxs Ankarada saxlanılıb.