IMG-LOGO

Sabirabadda maşın piyadanı vurub öldürdü

02 Jan 2024 18:21 202 baxış
IMG

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qarağac kəndində qeydə alınıb. Naməlum avtomobil 40-45 yaşlı piyadanı vurub. Ağır vəziyyətdə Şirvan xəstəxanasına çatdırılan piyada bir neçə dəqiqədən sonra keçinib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti