IMG-LOGO

Mayorka adasının sahillərində 17 miqrantın meyiti aşkarlanıb

04 Aug 2026 13:32 3 baxış
IMG

İspaniya xilasediciləri Mayorka adasının sahillərində 17 miqrantın meyiti olan qayıq aşkar ediblər.

"Report" xəbər verir ki, bu barədə İspaniya mediası xəbər verir.

"Ümumilikdə 17 miqrant açıq dənizdə 15 gün keçirdikdən sonra qayıqla Balear adalarının sahillərinə çatmağa çalışarkən həlak olub", - yerli hakimiyyət orqanları bildirib.

Onların məlumatına görə, qayıq çərşənbə axşamı İspaniyanın Mayorka adasının cənub-qərbində ələ keçirilib. Bildirilir ki, xidmətlər sağ qalan iki nəfəri xilas edə biliblər, onlar susuzlaşma və taqətsizlik əlamətləri ilə xəstəxanaya çatdırılıblar.

Bundan əlavə, çərşənbə axşamı səhər saatlarında həmçinin Balear arxipelaqına daxil olan İspaniyanın İbisa adasından 48 kilometr cənub-qərbdə daha 15 miqrant xilas edilib.

Mənbə: report.az

Xəbər lenti