Livanın "Hizbullah" qruplaşmasının lideri Naim Qasem Suriyanın yeni rəhbərliyi ilə görüşməyə hazır olduğunu bildirib.
"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, o, bu barədə televiziya ilə müraciətində bildirib.
N.Qasemin sözlərinə görə, "Hizbullah" nümayəndələri ilə Suriya rəhbərliyi arasında açıq görüşün keçirilməsi üçün heç bir maneə yoxdur.
"Hər iki tərəfin uyğun hesab etdiyi bir vaxtda "Hizbullah"la Suriya rəhbərliyi arasında açıq görüşün keçirilməsi üçün heç bir maneə yoxdur", - o bildirib və "müsbət, qardaşlıq və əməkdaşlıq əlaqələrinin" vacibliyini vurğulayıb.
Bu, İranın dəstəklədiyi qruplaşmanın 2024-cü ildə devrilmiş Suriyanın sabiq prezidenti Bəşər Əsədin tərəfində vuruşmasından sonra "Hizbullah" liderinin ilk belə bəyanatıdır.
Mənbə: report.az