IMG-LOGO

Hüseyn Həsənova qiyabi hökm oxundu

04 Aug 2026 14:50 4 baxış
IMG
2 0

Moskvanın Presnenski Rayon Məhkəməsi bloqer Hüseyn Həsənovu çirkli pulların leqallaşdırılması işi üzrə 4 il müddətinə azadlıqdan məhrum edib. Hazırda bu məlumatın rəsmi məhkəmə sənədləri ilə təsdiqi gözlənilir. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, məhkəmə Hüseyn Həsənova məxsus Presnenski rayonunda yerləşən, dəyəri 46 milyon rubl olan qeyri-yaşayış sahəsinin dövlətin xeyrinə müsadirə edilməsinə də qərar verib.

İstintaqın iddiasına əsasən, Hüseyn Həsənov 2019–2021-ci illərdə dövlət büdcəsinə 175 milyon rubl vergi ödəməyib. Bildirilir ki, həmin vəsaitin bir hissəsi daşınmaz əmlakın alınmasına yönəldilərək leqallaşdırılıb. Sonradan bloqer vergi borcunu tam ödədiyi üçün ona qarşı vergidən yayınma ittihamı ləğv edilib. 

Məlumatlara görə, Hüseyn Həsənov hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayır.

Bloqer çirkli pulların yuyulması ittihamını qəbul etmir. Onun vəkili Mixail Yusupov bildirib ki, Hüseyn Həsənov dövlət qarşısındakı bütün vergi öhdəliklərini yerinə yetirib və ümumilikdə büdcəyə təxminən 300 milyon rubl ödəyib. 

Hadisələr bloqer məhkəmə işləri Hüseyn Həsənov

Mənbə: lent.az

Xəbər lenti