Azərbaycanda səlahiyyətli iqtisadi operator statusunun verilməsi, dayandırılması və ləğv edilməsi ilə bağlı yeni qaydalar hazırlanacaq.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti səlahiyyətli iqtisadi operator statusunun verilməsi, dayandırılması və ləğv edilməsi qaydasını, həmçinin bu statusun əldə olunması üçün müraciətə əlavə edilən sənədlərin siyahısını 6 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.
Bundan əlavə, hökumət qanunvericilik aktlarının yeni dəyişikliklərə uyğunlaşdırılmasını təmin etməli, habelə qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Mənbə: report.az