IMG-LOGO

Fransa sahillərində miqrantların olduğu qayıq yanıb

04 Aug 2026 14:58 4 baxış
IMG

Fransa sahillərində La-Manş boğazı vasitəsilə Böyük Britaniyaya gedən qayıqda baş vermiş yanğından sonra 150-dən çox miqrant xilas edilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Fransanın La-Manş və Şimal dənizi dəniz prefekturası məlumat yayıb.

Məlumata görə, yanğın bu gün səhər saatlarında qayıqdakı mühərrikin alışmasından sonra baş verib.

Xilasetmə əməliyyatı nəticəsində 157 nəfər təxliyə edilərək Bulon-sür-Mer limanına çatdırılıb.

İnsident nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Hadisə Böyük Britaniyanın Baş naziri Endi Bernemin qanunsuz miqrantlarla bağlı səsləndirdiyi bəyanatdan bir gün sonra baş verib. O, başçılıq etdiyi hökumətin La-Manş vasitəsilə kiçik qayıqlarla ölkəyə gələn qanunsuz miqrantların sayının artmasına qarşı daim mübarizə aparacağını bildirib.

Mənbə: report.az

Xəbər lenti