Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 1 600-ü ötüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yaşareviç bildirib.
"Avqustun 1-nə olan məlumata görə, 3 748 təsdiqlənmiş hal qeydə alınıb, onlardan 1 657-si ölüm halıdır", - o qeyd edib.
Onun sözlərinə görə, epidemiya sürətlə yayılır: "Cavab tədbirlərinin miqyasını genişləndirmək üçün bizə təkcə maliyyə baxımından deyil, həm də digər resurslar şəklində əlavə dəstək lazımdır".
Mənbə: report.az