Gömrük orqanlarının vəzifəli şəxslərinin maddi və sosial təminatının gücləndirilməsi istiqamətində yeni qaydalar hazırlanacaq.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycanın Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı fərmanda öz əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti gömrük orqanlarının vəzifəli şəxslərinin maddi və sosial təminatı ilə bağlı əlavə haqların, kompensasiyaların, müavinətlərin və digər ödənişlərin məbləğləri, habelə onların təyin edilmə qaydası ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
Bundan başqa, hökumət qanundan irəli gələn digər məsələlərin həlli üçün də zəruri tədbirlərin görülməsini təmin edəcək.
Mənbə: report.az