IMG-LOGO

Rusiyada Yeni il gecəsi onlarla miqrant saxlanıldı: azyaşlıları da apardılar

02.01.2024 16:16 103 baxış
IMG

Yeni il ərəfəsində Moskva və Sankt-Peterburqda miqrantlar kütləvi şəkildə saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, ölkənin paytaxtında əcnəbi vətəndaşlar məlumat bazasında hüquqpozmaların axtarışı adı ilə saxlanılıb. Neçə nəfərin hüquq-mühafizə orqanları əməkdaşlarının diqqət obyektinə çevrildiyi açıqlanmır.

Sankt-Peterburqda yanvarın 1-nə keçən gecə ən kütləvi həbslər metronun “Qostiniy dvor” stansiyasının yaxınlığında baş verib. Burada azyaşlılar da daxil olmaqla azı 50 nəfər avtobuslara mindirilib. Reydlər də Admiralteyskaya yaxınlığında, lakin daha kiçik miqyasda keçirilib.

Xəbər lenti