IMG-LOGO

Bu ağac ilin 12 ayında meyvə verir - Sahibini milyoner etdi

31 Dec 2023 19:38 269 baxış
IMG

Antalyanın Aksu qəsəbəsində yaşayan Mustafa Uysalın arvadının istəyi ilə Tailanddan papaya ağacının toxumlarını sifariş etdiyi gündən həyatı dəyişib.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ailə bu məhsuldar bitki sahəsində öz biznesini qurub və sərvət qazanıb.

Xüsusi növ toxumdan yetişən papaya meyvəsinin biri 1-7 kiloqram ağırlığında olur. Papayanı yaşıl halda tərəvəz bitkisi, yetişmiş halda meyvə olaraq yeyirlər. Ondan müxtəlif salatlar, yeməklər və mürəbbə hazırlamaq olur. 

Hazırda Uysal ailəsi sayı 200-ü ötmüş hər ağacdan bir dəfəyə 60 kilo meyvə götürür. Ailə bu meyvələri İraq, Gürcüstan, Rusiya və Bolqarıstana ixrac edir.

Mənbə: lent.az

Xəbər lenti