Odessadan Liberiya bayrağı altında taxıl daşıyan “Georgia S” yükdaşıyan gəmisi Qara dənizdə minaya düşüb.
Lent.az-ın məlumatına görə, bu barədə “Ukrrudprom” nəşri mənbələrə istinadən məlumat yayıb.
“Yujnı limanından (Ukraynanın Odessa vilayətində yerləşir) yola düşən Liberiya bayrağı altında üzən buğda ilə yüklənmiş “Georgia S” yükdaşıyıcısı cümə axşamı günü açıq dənizdə minaya düşərək zədələnib” – məlumatda deyilir.