IMG-LOGO

"Yolka" yandı, 4 nəfər yaralandı

30 Dec 2023 16:31 134 baxış
IMG

Moskvanın şimalında evdə Yeni il ağacı yanıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə saat 13.50-də Lobnenskaya küçəsindəki evdə baş verib. Qısaqapanmadan sonra ağacda yanğın baş verib - 10 kvadratmetr sahədə mebel yanıb.

Yanğınsöndürənlər yanğını tez bir zamanda söndürüblər. İkisi uşaq olmaqla 4 nəfər xəsarət alıb və onlara tibbi yardım göstərilir.

Mənbə: lent.az

Xəbər lenti