IMG-LOGO

Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibini təqdim edib

04 Aug 2026 18:57 3 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) yeni katibi İqor Klimenkonu rəsmi qaydada təqdim edib.

"Report" xəbər verir ki, bu barədə V.Zelenski sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, Klimenko Ukraynanın daxili işlər naziri vəzifəsində öz səmərəliliyini sübut edib, hüquq-mühafizə orqanlarının və xilasetmə xidmətlərinin işini uğurla əlaqələndirib.

V.Zelenski qeyd edib ki, indi MTMŞ-də analoji əlaqələndirmə funksiyasını son dərəcə gücləndirmək lazımdır.

Ukrayna lideri ölkəsinin qışa hazırlığı üzrə daha operativ və uzlaşdırılmış fəaliyyətin həyata keçiriləcəyinə, həmçinin Ukrayna Təhlükəsizlik və Müdafiə Qüvvələrinin bütün strukturları arasında qarşılıqlı əlaqənin gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.

"İqor Klimenkodan Ukraynanın daha əhəmiyyətli nəticələr əldə etməsi məqsədilə qəbul edilməsi vacib olan qərarlarla bağlı təkliflər gözləyirəm", - V.Zelenski əlavə edib.

Qeyd edək ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının əvvəlki katibi Rustem Umerov olub.

Mənbə: report.az

Xəbər lenti