Avropa İttifaqı (Aİ) ölkələrinin daxili işlər nazirləri Seutadakı miqrasiya böhranından sonra İspaniya ilə tam həmrəyliklərini ifadə ediblər.
"Report"un Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Aİ-nin daxili işlər nazirlərinin təcili videokonfransının yekunlarına əsasən daxili işlər və miqrasiya üzrə Avropa komissarı Maqnus Brunner deyib.
O qeyd edib ki, İspaniya hökumətinin məlumatına görə, ölkənin Şimali Afrikadakı anklavı olan Seutada vəziyyət nəzarət altındadır.
M.Brunner sözlərinə görə, Avropa Komissiyası artıq İspaniyaya maliyyə və operativ yardım göstərib: "Seutada "Frontex" agentliyinin 30-dan çox əməkdaşı işləyir. Vəziyyəti yenidən nəzarət altına almaq mümkün oldu. Bu, təsadüfən baş vermədi - bu, bizim birgə hərəkət etməyimizin nəticəsidir", - komissar bildirib.
Mənbə: report.az