IMG-LOGO

Bakıda iki yerdə qəza tıxaca səbəb oldu

30 Dec 2023 14:41 146 baxış
IMG

Bakıda yol qəzaları sıxlığa səbəb olub.

Bu barədə Lent.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Məlumata əsasən, qəzalar Heydər Əliyev prospekti, “ASAN xidmət”in yaxınlığında və Ziya Bünyadov ilə Azadlıq prospektlərinin kəsişməsində baş verib.

Nəticədə həm Heydər Əliyev prospektindən mərkəz, həm də Ziya Bünyadov prospektindən “Koroğlu” metro stansiyasi istiqamətlərində sıxlıq yaranıb.

Mənbə: lent.az

Xəbər lenti