IMG-LOGO

Zelenski bu müavini işdən çıxardı

18.11.2023 03:30 61 baxış
IMG

Ukrayna prezidenti Vladimir Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini Aleksandr Tarasovskini işdən çıxarıb.

Lent.az xəbər verir ki, bununla bağlı sərəncam dövlət başçısının aparatının saytında yerləşdirilib.

Tarasovskinin vəzifədən uzaqlaşdırılmasının səbəbləri məlum deyil.

Bundan əvvəl Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirmişdi ki, Qərbin yardımının azaldılması Kiyevdə vəziyyəti daha da çətinləşdirəcək.

O qeyd edib ki, gələn il çətin lakin eyni zamanda vacib olacaq. Bundan əlavə, o, Kiyevin tərəfdaşlarını resursları səpələməməyə və onları sosial baxımdan aktual olan sahələrə cəmləşdirməyə çağırıb.

Xəbər lenti