IMG-LOGO

Rusiya ilə ən böyük sərhəd məntəqəsi BAĞLANDI

18.11.2023 02:20 65 baxış
IMG

Finlandiya hökuməti Rusiya ilə sərhəddəki ən böyük sərnişin axını olan keçid məntəqəsinin bağlanması barədə qərar verib.

Lent.az xəbər verir ki, bu barədə Finlandiya Nazirlər Kabinetinin saytında dərc olunub.

"Hökumət Finlandiyanın şərq sərhədinin bir hissəsini bağlamaq qərarına gəldi" deyə qeyd olunub.

Beləliklə, noyabrın 18-dən etibarən Vaalimaa, Nuiyamaa, İmatra və Niirala keçid məntəqələri bağlı olacaq.

Bu qərarın qüvvədə olma müddəti 18 fevral 2024-cü il tarixinədək müəyyən edilib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Helsinkinin seçdiyi yol böyük səhvdir.

Xəbər lenti