IMG-LOGO

“Xərçəng olmağıma səbəb olan iki qadın, bir kişiyə təşəkkür edirəm” - Tanınmış aktrisa

25.12.2023 17:22 103 baxış
IMG

Son olaraq rol aldığı “ Bozkır” adlı serialda yer alan aktrisa Ayçin Tuyun süd vəzi xərçənginə yoluxduqdan sonra ilk dəfə şəkillərini paylaşıb.

Lent.az-ın xəbərinə görə, kimyaterapiyadan sonra saçları tökülən 36 yaşlı aktrisa saçlarını dibindən qırxdırıb.  O paylaşdığı rəsmin altında qəribə bir  şərh yazıb.  “Xərçəngə tutulmağıma səbəb olan iki qadın və bir kişiyə təşəkkür edirəm” yazıb. Onun kimdən bəhs etməsi naməlum qalıb.

 Aktrisa tezliklə sağalıb yenidən kameralar qarşısına keçəcəyini bildirib.

Xəbər lenti