IMG-LOGO

Kərkicahan 1 saylı tam orta məktəbində müasir təhsil sistemi üçün hər cür şərait yaradılıb

25 Dec 2025 15:48 4 baxış
IMG

Kərkicahan qəsəbəsindəki 1 saylı tam orta məktəbdə müasir təhsil sistemi üçün hər cür şərait yaradılıb.

"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Prezidentin izi ilə şəhərə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Qarabağ regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli deyib.

O, Kərkicahan qəsəbə 1 saylı tam orta məktəbin uzun fasilədən sonra yenidən doğma yurduna dönən sakinlərin ixtiyarına verildiyini qeyd edib:

"Əsaslı təmirdən çıxan 624 şagird yerlik məktəbdə müasir təhsil sistemi üçün hər cür şərait yaradılıb. Burada ümumilikdə 17 sinif otağı, informatika, hərbi hazırlıq, biologiya, STEAM, kimya, laboratoriyalar, texnologiya, fizika, dərnək, həmçinin məktəbəqədər hazırlıq otaqları, o cümlədən idman və akt zalları, kitabxana, oxu zalı, yeməkxana müəllim və şagirdlərin ixtiyarına veriləcək. Binadakı otaqların hamısı zəruri tədris vəsaitləri ilə təchiz edilib. Bundan başqa, məktəbin həyətyanı sahəsində açıq idman meydançası da yaradılıb".

S.Mənsimli işğaldan azad edilmiş ərazilərdə təhsil ocaqlarının müasir layihələr əsasında yenidən qurulduğunu, bu işlərin sosial həyatın canlanmasına mühüm töhfə verdiyini vurğulayıb.

Xəbər lenti