IMG-LOGO

Laport “Real”a keçməkdən İMTİNA ETDİ

25 Dec 2023 10:31 246 baxış
IMG

“Əl-Nəsr”in futbolçusu Emerik Laport “Real”a keçməkdən imtina edib.

Apasport.az xəbər verir ki, İspaniya nəhəngi 29 yaşlı müdafiəçiyə təklif göndərib.

Madrid klubu onu zədələnən David Alabanı əvəz etmək üçün sıralarına qatmaq istəyib. “Real” Laportu mövsümün sonunadək icarəyə götürməyi planlaşdırsa da, müdafiəçi bununla razılaşmayıb. “Əl-Nəsr” rəhbərliyi də keçidin əleyhinə olub.

Qeyd edək ki, Emerik bu ilin avqustunda “Mançester Siti”dən “Əl-Nəsr”ə keçib.

Mənbə: lent.az

Xəbər lenti