IMG-LOGO

İsmayıllıda doğuş FACİƏSİ: ana öldü - YENİLƏNİB

25 Dec 2023 10:46 195 baxış
IMG

Prokurorluq İsmayıllıdakı ana ölümü ilə bağlı məlumat yayıb. 

Baş prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

İlkin araşdırmalarla müəyyən edilib ki, Ülviyyə Əhmədova bir gün öncə keysəriyyə əməliyyatı olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

saat 10:10

İsmayıllıda ana ölümü baş verib.

Lent.az-ın məlumatına görə, hadisə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Doğuş üçün xəstəxanaya gətirilən Şuşa sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədova dünyasını dəyişib. 

Ölümün dəqiq səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, onun üç övladı var.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Mənbə: lent.az

Xəbər lenti