IMG-LOGO

Yük avtomobili aşdı: 250 milyon arı təbiətə səpələndi

02.06.2025 03:39 8 baxış
IMG

ABŞ-da 250 milyon bal arısı daşıyan yük avtomobili Kanada sərhədi yaxınlığında aşıb.

APA xəbər verir ki, Vaşinqtonda Kanada sərhədi yaxınlığında təxminən 32 ton pətək və arı daşıyan yük avtomobili naməlum səbəbdən aşıb.

Dəhşətli qəzadan sonra təxminən 250 milyon bal arısı təbiətə səpələnib.

Qəzadan sonra əraziyə arıçılıq üzrə mütəxəssislər göndərilib.

Rəsmilər sakinlərə ərazidən uzaq durmağı tövsiyə edib. Arıların sakitləşməsi və pətəklərinə qayıtması üçün yol bir neçə gün bağlana bilər.

Xəbər lenti