IMG-LOGO

Ədliyyə naziri "Bitcoin" qalmaqalına görə istefa verdi

31.05.2025 01:56 9 baxış
IMG

Çexiyanın ədliyyə naziri Pavel Blazek nazirlikdəki kriptovalyuta qalmaqalına görə istefa verib.

Lent.az xəbər verir ki, bu barədə ČTK xəbər agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, Blazekin istefa qərarının səbəbi rəhbərlik etdiyi qurumun hədiyyə olaraq qəbul etdiyi təxminən 1 milyard kron (təxminən 40 milyon avro) dəyərində bitkoinlərlə bağlı iş olub.

İddialara görə, kriptovalyuta narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmiş şəxsdən alınıb.

Blazek nazirliyin hədiyyəni qəbul etməsinə icazə verməkdə qanunsuz bir şey görmədiyini deyib.

Lakin siyasətçi hökumətin reputasiyasına xələl gətirmək istəmir.

Xəbər lenti