IMG-LOGO

Tayson və Yemelyanenko arasında döyüş keçirilə bilər

30.05.2025 00:57 13 baxış
IMG

Boks üzrə keçmiş mütləq dünya çempionu Mayk Tayson və qarışıq döyüş növləri üzrə keçmiş dünya çempionu Fyodor Yemelyanenko arasında döyüş keçirilə bilər.

Lent.az "Bloody Elbow" saytına istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın "Alash Pride League" döyüş liqasının prezidenti Alimcan Bektayev məlumat verib.

Onun sözlərinə görə, 58 yaşlı amerikalı Tayson və 48 yaşlı rusiyalı Yemelyanenko arasında görüşün təşkili üzərində iş aparılır.

Bektayev qeyd edib ki, döyüşün keçirilə biləcəyi turnir cari ilin dekabrında baş tutacaq.

Xəbər lenti