Mayın 23-də Rusiya Silahlı Qüvvələri Odessa liman infrastrukturuna iki ballistik raketlə zərbə endirib. Lent.az "Unian"a istinadən xəbər verir ki, zərbə yerli vaxtla saat 14:15 radələrində endirilib. Hadisə nəticəsində iki nəfər həlak olub, 8 nəfər yaralanıb. Xəsarət alanlardan dörd nəfərin vəziyyəti ağırdır. Hücumda "İskander-M" tipli iki ballistik raketdən istifadə olunduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.