IMG-LOGO

Qırıcı təyyarə aviadaşıyıcının göyərtəsindən düşərək batdı

29.04.2025 02:17 12 baxış
IMG

VFA-136 eskadrilyasına aid olan “F/A-18E Super Hornet” tipli qırıcı-bombardmançı təyyarə “USS Harry S. Truman” aviadaşıyıcısının göyərtəsindən düşərək Qırmızı dənizdə batıb.

Lent.az xəbər verir ki, bu haqda ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

“F/A-18E qırıcısı anqar göyərtəsində çəkilərkən ekipaj təyyarəyə nəzarəti itirib. Nəticədə təyyarə və onu çəkən texnika gəminin bortundan düşüb,” – deyə qurumun açıqlamasında bildirilir.

Hərbi Dəniz Qüvvələrinin məlumatına görə hadisə zamanı insan tələfatı olmayıb, bir dənizçi yüngül xəsarət alıb.

Xəbər lenti