IMG-LOGO

ABŞ Yəməni VURDU: 8 nəfər öldü, yaralılar var

28.04.2025 01:34 8 baxış
IMG

ABŞ-ın Yəmənin Səna şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı səkkiz nəfər həyatını itirib. Lent.az xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.

Məlumata görə, bombardman nəticəsində üç yaşayış evi dağılıb. Həlak olanlar arasında qadınlar və uşaqlar da var. Yaralıların olduğu bildirilir, lakin onların sayı açıqlanmayıb.

Xəbər lenti