IMG-LOGO

İtaliya Kubokunun finalı “Bolonya” və “Milan” arasında baş tutacaq

25.04.2025 01:15 6 baxış
IMG

“Bolonya” İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Empoli” üzərində 2:1 hesablı qələbə qazanaraq turnirin finalına yüksəlib.

Lent.az xəbər verir ki, “Bolonya”nın heyətində qolları Covanni Fabbian (7-ci dəqiqə) və Teys Dallinqa (87) vurublar. “Empoli”nin yeganə qoluna 33-cü dəqiqədə Viktor Kovalenko imza atıb.

İlk oyun “Bolonya”nın 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. Final qarşılaşması 14 may tarixində keçiriləcək. Rəqib isə “Milan” olacaq.

Xəbər lenti