Alimlər Amazonun su basan meşələrində əvvəllər elmə məlum olmayan qurbağa növü aşkarlayıblar.
Lent.az xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.
Yeni növə “Adenomera varcena” adı verilib. Xarici görünüşünə görə yaxın qohumlarından demək olar ki, fərqlənmədiyi üçün alimlər onu DNT analizi və çıxardığı xüsusi səs vasitəsilə müəyyən edə biliblər.
Kəşf Amazon meşələrində hələ də elmə məlum olmayan çoxsaylı növlərin gizlənə biləcəyini göstərir.
amazon meşə qurbağaMənbə: lent.az