Çində keçirilən insansı robot nümayişi zamanı gözlənilməz hadisə baş verib. Robot onu hazırlayan mühəndisə qəfil təpik atıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə təqdimat zamanı baş verib.
Robotun ilk təpik zərbəsindən sonra mühəndisin əlindəki uzaqdan idarəetmə cihazı yerə düşüb. Robot bundan sonra ikinci dəfə də mühəndisə təpik atmağa cəhd edib. Mühəndis son anda geri çəkilərək zərbədən yayınmağı bacarıb.
Hadisə zamanı mühəndisin xəsarət almadığı bildirilib.
Qısa müddət davam edən gərginlikdən sonra robot döyüş sənətlərini xatırladan salam hərəkəti edərək nümayişi başa vurub.
Baş verənlər tədbiri izləyənlər arasında təəccüb doğurub.
Sizin brauzer video tagını dəstəkləmir. robot insan Mühəndis döydüMənbə: lent.az